Tbilisidə növbəti market qarəti

May 23, 2026 - 11:36
 0  9
Tbilisidə növbəti market qarəti

Gürcüstanın paytaxtı Tbilisidə şəbəkə marketlərindən birinə qarşı quldurluq hadisəsi törədilib. Xeber.ge Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxt polisi cinayəti törədən şəxsi "isti izlər"lə ələ keçirib.

İstintaq materialları ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə fəaliyyət göstərən şəbəkə marketlərindən birinin filialına daxil olaraq soyuq silahı (bıçağı) nümayiş etdirib. O, kassir-operatoru öldürməklə hədələyərək pul tələb edib.

Silahlı basqınçı fiziki güc və hədə-qorxu tətbiq etməklə kassadakı nağd pul vəsaitini qanunsuz olaraq mənimsəyib və dərhal hadisə yerindən qaçaraq gizlənib.

Hadisə barədə məlumat daxil olan kimi DİN-in Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları hərəkətə keçiblər.

Keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində əvvəllər çoxsaylı məhkumluq həyatı yaşamış residivist cinayətkar qısa müddətdə müəyyən edilərək şübhəli şəxs qismində qandallanıb.

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 4-cü hissəsi (quldurluq) ilə cinayət işi başlanılıb. Qanunvericiliyin bu bəndinə əsasən, əvvəllər dəfələrlə məhkum olunmuş şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.