Tbilisidə "Nikora" mağazası qarət olundu
Tbilisidə, Arsena küçəsi 13 ünvanında yerləşən "Nikora" mağazası qarət edilib.
XEBER.GE xəbər verir ki,hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.
Mağaza əməkdaşları dəymiş ziyanın məbləği barədə açıqlama vermirlər.
İlkin məlumata görə, qarətdə 4 nəfər iştirak edib.