Tbilisidə irimiqyaslı narkotik əməliyyatı

Jun 14, 2026 - 11:09
 0  11
Tbilisidə irimiqyaslı narkotik əməliyyatı

XEBER.GE xeber  verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi  Departamentinin Tbilisi Baş

İdarəsinin əməkdaşları tərəfindən keçirilən silsilə  əməliyyatlar nəticəsində müxtəlif vaxtlarda 4 nəfər müttəhim

qismində saxlanılıb. 

Onlar xüsusilə külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışına şərait yaradılması, həmçinin narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və yetişdirilməsində ittiham olunurlar.

Hüquq-mühafizə orqanlarının Tbilisidə keçirdiyi şəxsi axtarışlar və mənzil baxışları zamanı, eləcə də müxtəlif gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə maddi sübut kimi götürülüb. Müsadirə olunan maddələr arasında "Mefedron", "Metadon", "Alfa-PVP", "Ketamin" və çətənə (kanabis) bitkiləri var.

Həyata keçirilən istintaq tədbirləri çərçivəsində, həmçinin narkotik maddələrin qablaşdırılması və laboratoriya şəraitində yetişdirilməsi  üçün istifadə olunan xüsusi texniki avadanlıqlar və materiallar da ələ keçirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı (kvarta) və 265-ci (prima) maddələri ilə cinayət işi başlanılıb. Bu maddələrin sanksiyaları təqsirləndirilən şəxslər üçün 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hazırda genişmiqyaslı istintaq davam edir.