Tbilisidə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilir

May 26, 2025 - 12:30
 0  10
Tbilisidə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilir

Gürcüstanın müstəqillik günü münasibətilə Tbilisidə Azadlıq Meydanında rəsmi tədbir keçirilir.

Tədbirin bir hissəsi kimi, hərbi xidmətə çağırılan əsgərlər təntənəli şəraitdə and içərək Müdafiə Qüvvələrinə qoşulurlar.

Azadlıq Meydanı ilə yanaşı, ölkənin beş tarixi məkanında da gənc əsgərlər and içəcəklər.

26 may tarixində, ənənəyə uyğun olaraq, əhali hərbi texnika, silah və avadanlıqların nümayişini 21 şəhər və rayonda izləyə biləcək. Bu sərgilər Tbilisi, Qori, Axaltsixe, Mtsxeta, Rustavi, Kutaisi, Zuqdidi, Ozurgeti, Poti, Xoni, Ambrolauri, Batumi, Telavi, Axalkalaki, Marneuli, Senaki, Samtredia, Bağdati, Çxorotsqu, Abaşa və Martvili şəhərlərində təşkil olunacaq.

Azadlıq Meydanında andiçmə mərasimi və təntənəli tədbirin sonunda Hərbi Hava Hücumundan Müdafiə və Aviasiya Komandanlığının təyyarələri üzərindən uçuş edəcək. Gün ərzində tədbirlər Orbeliani Meydanında da keçiriləcək.

mənbə: interpress