“TV Pirveli”nin jurnalistinə qarşı zorakılığa görə Şincikaşvilinin atasına ittiham irəli sürülüb

Oct 9, 2025 - 12:07
 0  21
“TV Pirveli”nin jurnalistinə qarşı zorakılığa görə Şincikaşvilinin atasına ittiham irəli sürülüb

“TV Pirveli” kanalının jurnalistinə qarşı zorakılıq törətməkdə günahlandırılan Qiorqi Şincikaşvilinin atasına rəsmi ittiham irəli sürülüb.


Prokurorluğun məlumatına görə, istintaq müəyyən edib ki, 2025-ci il mayın 12-də Qardabani bələdiyyəsinin Martkopi kəndində təqsirləndirilən şəxs “TV Pirveli”nin jurnalistinə və operatoruna onların peşə fəaliyyətinə qanunsuz mane olmaq məqsədilə fiziki zorakılıq tətbiq edib, həmçinin onların kamerasını və telefonunu alıb.

Təqsirləndirilən şəxsə Gürcüstan 

Cinayət Məcəlləsinin:

• 126-cı maddəsinin “g” bəndi – zərərçəkmişə fiziki ağrı verən zorakılıq,
• 154-cü maddəsinin birinci hissəsi – jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə, yəni onu məlumat yaymaqdan çəkindirməyə məcbur etmə,əsasında ittiham irəli sürülüb.

Bu cinayətlərə görə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluq bildirib ki, təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün artıq məhkəməyə müraciət olunub.

“TV Pirveli”nin jurnalisti Mariam Makasaraşvilinin sözlərinə görə, Qiorqi Şincikaşvilinin atası onu döyüb, şəxsi mobil telefonunu əlindən alıb, operatorun isə kamerasını götürüb.

Məlumata əsasən, Qiorqi Şinçikaşvili – o zaman Kvemo Kartlidə dövlət nümayəndəsinin birinci müavini vəzifəsini tuturdu – mayın 12-də istefa verib. Onun daha əvvəl DİN-in keçmiş rəhbəri Zviad Xarazişvili (“Xareba”) ilə mübahisəsi olmuşdu. Məhz istefasından sonra “TV Pirveli”nin çəkiliş qrupu Şincikaşvilinin evinə gedib.
Jurnalist Makasaraşvili bildirib ki, evdə Şincikaşvilinin ailə üzvləri olub və müsahibəni onun atası verib. Onun sözlərinə görə, hücum müsahibə bitdikdən və çəkiliş qrupu ərazini tərk etməyə hazırlaşdığı vaxt baş verib.

mənbə: marneulifm