Tbilisidə DİN əməkdaşı avtomobilində ölü tapılıb

Feb 19, 2026 - 23:27
 0  9
Tbilisidə DİN əməkdaşı avtomobilində ölü tapılıb

Gürcüstanın paytaxtı Tbilisidə Daxili İşlər Nazirliyinin  əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb.

Xeber.ge xeber verir ki, nazirliyin Miqrasiya Departamentinin əməkdaşı fevralın 19-da paytaxtın Ortaçala rayonu yaxınlığında, şəxsi avtomobilində ölü vəziyyətdə aşkar edilib.

İlkin məlumatlara əsasən, nazirlik əməkdaşı özünə məxsus odlu silahdan başına atəş açaraq ölümcül yaralanıb və hadisə yerində dünyasını dəyişib. Bildirilir ki, faciədən əvvəl mərhumla yanında olan şəxs arasında məişət zəminində münaqişə baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyi əməkdaşının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinə və yaxınlarına səbr diləyib.

Faktla bağlı Gürcüstan Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə istintaq başladılıb. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.