Tbilisidə avtomobil oğrusu yaxalandı
Tbilisi Şəhər Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Vake-Saburtalo rayonu ərazisində park edilmiş 5 avtomobili qarət edərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə organları tərəfindən saxlanılan şəxsin yaşayış evinə baxış keçirilən zaman oğurlanmış əşyaların bir hissəsi maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci hissəsi (oğurluq) ilə istintaq aparılır. Törədilən cinayət əməlinə görə təqsirləndirilən şəxsi 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.