Tbilisi Şəhər Məhkəməsində Mamuka Xazaradzeyə qarşı yeni ittiham üzrə məhkəmə prosesi keçirilir

Apr 2, 2025 - 14:20
 0  30
Tbilisi Şəhər Məhkəməsində Mamuka Xazaradzeyə qarşı yeni ittiham üzrə məhkəmə prosesi keçirilir

Tbilisi Şəhər Məhkəməsində “Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən biri olan Mamuka Xazaradzeyə qarşı irəli sürülmüş yeni ittiham – “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi” ilə bağlı məhkəmə iclası keçirilir.

Bu gün keçirilən məhkəmə prosesində Xazaradzeyə qarşı hansı qətimkan tədbirinin seçilməsi müzakirə olunur.

Dövlət ittihamı onun barəsində 50 000 lari məbləğində girov təyin edilməsini tələb edir. Müdafiə tərəfi isə Xazaradzenin hər hansı qətimkan tədbiri olmadan sərbəst buraxılmasını istəyir.

Məhkəmə iclasında Mamuka Xazaradze şəxsən iştirak edir.

Xatırladaq ki, Mamuka Xazaradze 25 mart tarixində Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının iclasına izahat vermək üçün çağırılmışdı, lakin o, iclasa qatılmamışdı. Daha sonra o, ifadəsini magistrat hakim qarşısında vermişdi.

Xazaradzeyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi üzrə irəli sürülüb.

mənbə: interpress