İrakli Kobaxidze: Estoniyanın sanksiyaları qeyri-dost addımdır

İrakli Kobaxidze Estoniya tərəfindən tətbiq olunan sanksiyaları “xalqa və ölkəyə qarşı son dərəcə qeyri-dost addım” adlandırıb.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, Estoniya əvvəllər də analoji sanksiyalar tətbiq edib, lakin Gürcüstan tərəfi birtərəfli dostluq mövqeyini qorumağa davam edir:
“Bu, bizim siyasi qərarımızdır. Biz Estoniya ilə birtərəfli dostluq rejimində qalırıq,” – deyə Kobaxidze vurğuladı.
mənbə: interpress