Paata Salia Gürcüstanın yeni ədliyyə naziri olacaq

Apr 2, 2025 - 14:16
 0  27
Paata Salia Gürcüstanın yeni ədliyyə naziri olacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkənin yeni ədliyyə naziri vəzifəsini Paata Salia tutacaq.

Bu barədə o, Hökumət Administrasiyasında keçirilən brifinqdə məlumat verib.

Baş nazirin sözlərinə görə, Paata Salia Gürcüstanda ən uğurlu hüquqşünas və vəkillərdən biridir.

“Gürcüstanın ədliyyə naziri vəzifəsinə cənab Paata Salia təyin olunacaq. Onun təqdimata ehtiyacı yoxdur. O, hazırda Gürcüstan Parlamentinin üzvüdür və ölkəmizin ən uğurlu hüquqşünaslarından, vəkillərindən biridir. Hüquqi təhsilini Gürcüstanda və ABŞ-da alıb.

mənbə: interpress