Adjara polisi qırmızı bildirişlə axtarışda olan şəxsi tutdu

Oct 15, 2025 - 12:15
 0  13
Adjara polisi qırmızı bildirişlə axtarışda olan şəxsi tutdu

Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində İnterpolun qırmızı sirkulyarı ilə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Ş.Q.-nı saxlayıblar.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

“Saxlanılan Ş.Q. Türkiyə Respublikası hüquq-mühafizə orqanları tərəfindən narkotik və ya psixotrop maddələrin qanunsuz istehsalı və satışı ittihamı ilə İnterpolun qırmızı sirkulyarı ilə axtarışda idi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ş.Q.-nı həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində Batumidə saxlayıblar.

Hazırda saxlanılan şəxsə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır”, - deyə DİN-dən bildirilib.