Dövlət Təhlükəsizliyi Xidmətinə Anri Oxanaşvilinin namizədliyi təqdim olunacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə Gürcüstan Parlamentinə hazırkı ədliyyə naziri Anri Oxanaşvilinin namizədliyi təqdim ediləcək.
Bu barədə Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Parlament sədri və parlament çoxluğu ilə aparılan məsləhətləşmələrə əsasən, Anri Oxanaşvilinin təsdiqlənməsi məsələsinə bu həftənin cümə günü səs veriləcək.
“Xatırladım ki, Ədliyyə naziri vəzifəsinə təyin olunmazdan əvvəl Anri Oxanaşvili uzun illər Gürcüstan Parlamentinin üzvü və Hüquqi Məsələlər Komitəsinin sədri olub. O, hüquq elmləri doktorudur və doktorluq dissertasiyasını Almaniyada, Berlindəki Humboldt Universitetində müdafiə edib. Parlament sədri və parlament çoxluğu ilə aparılmış məsləhətləşmələrə əsasən, Anri Oxanaşvilinin təsdiqlənməsi məsələsi bu həftənin cümə günü Parlamentdə səsə qoyulacaq”, – deyə Baş nazir bildirib.
mənbə: interpress