Tbilisi dünyanın ən yaxşı mədəniyyət şəhərləri siyahısına daxil edilib

May 29, 2025 - 12:25
 0  8
Tbilisi dünyanın ən yaxşı mədəniyyət şəhərləri siyahısına daxil edilib

Gürcüstanın paytaxtı növbəti dəfə ən yaxşı turizm məkanlarından biri statusuna layiq görülüb

“Time Out Abu Dhabi” turizm nəşrinin keçirdiyi sorğunun nəticələrinə görə Tbilisi ən yaxşı mədəniyyət şəhərlərindən biri seçilib.

Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.
Reytinq tərtib edərkən Əmirlik nəşri 18,5 min oxucusu arasında sorğu keçirərək, dünyanın hansı şəhərlərinin incəsənət, teatr, musiqi və digər mədəniyyət sahələri ilə seçildiyini soruşub.

Reytinqə dünyanın 20 şəhəri daxil edilib ki, bunlardan da Gürcüstan paytaxtı 12-ci yeri tutub. Siyahıda ilk üç yeri Paris, Florensiya və Edinburq tutub.