Tbilisi dənizində 15 yaşlı məktəbli suda boğularaq həlak oldu

Aug 24, 2026 - 22:27
 0  15
Tbilisi dənizində  15 yaşlı məktəbli suda boğularaq həlak oldu
: :
playing

Tbilisi dənizində 15 yaşlı oğlan suda boğularaq həlak olub.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı MarneuliNews.ge yayır.

Medianın bildirdiyinə görə, hadisə dünən baş verib. Mərhum Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini Umud Sofiyevdir.

Kənd sakinlərinin sözlərinə görə, gənc Tbilisi dənizinə həmyaşıdları ilə birgə çimməyə gedibmiş.

Media qurumlarının məlumatına görə, faktla bağlı müvafiq istintaq tədbirləri aparılır.