Suriyada HTŞ dəhşəti: Ələvi türbəsinə basqın edildi, xidmətçilər öldürüldü – VİDEO

Dec 26, 2024 - 13:13
Dec 26, 2024 - 13:15
 0  45

Xeber.ge xəbər verir ki, HTŞ dünyaya “demokratik” mesajı verməsinə baxmayaraq Suriyada vəziyyət gərgindir.

HTŞ üzvləri və ona dəstək verən silahlı qruplar İŞİD terrorçuları kimi türbələrə hücum edir, ələvi və şiə olduqları üçün edam cəzaları tətbiq edirlər.

24 dekabrda Hələbin Meyselun bölgəsindəki Ələvilərə aid “Əbu Abdullah Hüseyn əl-Hasibi”nin türbəsi silahlı bir qrup tərəfindən hücuma məruz qalıb.

Hücum zamanı türbənin beş əməkdaşı öldürülüb, türbə talan edilib və yandırılıb.

Bu hadisədən sonra bölgə sakinləri arasında böyük narazılıq yaranıb. Xalq, HTŞ rejiminin rəhbəri Əbu Məhəmməd əl-Colanidən hücum edənlərin və türbə əməkdaşlarını qətlə yetirənlərin məhkəmə qarşısına çıxarılmasını tələb edib. Hadisəni etiraz etmək məqsədilə nümayişlərə çağırış edilib.

Üç mülki hakim öldürüldü

24 dekabrda Hamanın şimal-qərbində yerləşən Masyaf şəhərində, üç hakimin sui-qəsdə məruz qalmasını pisləmək üçün nümayiş keçirilib.  

Hamanın şimal-qərbində Rabia-Masyaf yol ayrıcında üç Ələvi hakimin sui-qəsdə məruz qaldığı bildirilir. Bu hücum, Suriyanın müxtəlif bölgələrində davam edən intiqam əməliyyatları ilə eyni vaxtda baş verib. Məlumata görə, öldürülənlər Hama şəhər məhkəməsində fəaliyyət göstərən mülki kadastr hakimləri olub və onların hərbi məhkəmə ilə əlaqəsi olmayıb.

mənbə: az.shafaqna.com