Sudanda 21 milyon insan aclıqdan əziyyət çəkir

Nov 28, 2025 - 11:18
 0  12
Sudanda 21 milyon insan aclıqdan əziyyət çəkir

Sudanda 3 ilə yaxındır davam edən daxili müharibə nəticəsində 21,2 milyon insan kəskin aclıq şəraitində yaşayır.

Xeber.ge xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) bəyan edib.

Qeyd edək ki, ölkə əhalisinin sayı 50 milyon nəfərdən çoxdur.

“Münaqişələrin azaldığı iki regionda BMT-nin Ərzaq Təhlükəsizliyi Proqramına çıxış genişlənib və aclıq azalıb”, – deyə bildirilib.

Xatırladaq ki, 2023-cü il 15 apreldən Sudan ordu ilə xaricdən, xüsusilə də BƏƏ tərəfindən dəstəklənən sürətli reaksiya qüvvələri (SRQ) arsında şiddətli döyüşlər gedir. Sürətli reaksiya qüvvələri dinc əhaliyə qarşı da amansızlıqlar və kütləvi qətliamlar törətməkdədir. SRQ hakimiyyəti ələ keçirməyə çalışır.

mənbə: azshafaqna.com