Tramp İranla atəşkəsin müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp Tehranın yekun sülh təkliflərini təqdim etməsi üçün atəşkəs müddətini uzatdığını bəyan edib.
Xeber.ge xəbər verir ki, o bu barədə özünün “Truth Social” platformasında paylaşım edib.
Ağ Ev rəhbəri bildirib ki, bu qərarı Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistanın Baş Qərargah rəisi, feldmarşal Asim Munirin xüsusi xahişi əsasında qəbul edib.
mənbə: Qafqazinfo.az