Sinoptiklər temperaturun +38 dərəcəyə yüksələcəyini xəbərdar edir

Jul 16, 2026 - 13:26
 0  16
Sinoptiklər temperaturun +38 dərəcəyə yüksələcəyini xəbərdar edir

Sinoptiklərin ilkin proqnozlarına görə, yaxın günlərdə Gürcüstan ərazisində əsasən günəşli və isti hava şəraiti üstünlük təşkil edəcək. Ölkənin bəzi bölgələrində havanın temperaturunun rekord həddə çatacağı gözlənilir.

XEBER.GE Gürcüstanın Milli Ekologiya Agentliyinə istinadən bölgələr üzrə hava proqnozunu təqdim edir:

Temperaturun daha da yüksələcəyi və günorta saatlarında +32...+38°C təşkil edəcəyi gözlənilir.

Havanın temperaturu günorta saatlarında +30...+35°C hüdudlarında dəyişəcək.

Nisbətən rütubətli və isti hava şəraiti müşahidə olunacaq.

 Günorta və axşam saatlarında, xüsusilə dağlıq və yüksək dağlıq rayonlarda yerli xarakterli qısamüddətli yağış yağacağı, ildırım çaxacağı və küləyin güclənəcəyi ehtimal olunur. Düzənlik rayonlarda isə yağıntı ehtimalı olduqca azdır.

Həftə ərzində temperaturda əhəmiyyətli bir dəyişiklik gözlənilmir.

Yüksək temperatur və güclü günəş şüalanması fonunda əhaliyə günün ən isti saatlarında (xüsusilə saat 11:00-dan 17:00-a qədər) birbaşa günəş şüaları altında qalmamaq və bol maye qəbul etmək tövsiyə olunur.