Saquramoda 70 yaşlı kişi qarət edilib

Dec 4, 2025 - 11:55
 0  18
Saquramoda  70 yaşlı kişi qarət edilib

Daxili İşlər Nazirliyinin məlumatına görə, Saquramoda qrup halında törədilmiş quldurluq ittihamı ilə əvvəllər məhkum olunmuş iki şəxs — 1968-ci il təvəllüdlü G.C. və 1978-ci il təvəllüdlü L.M. isti izlərlə saxlanılıb.

 

Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, Mtsxeta bələdiyyəsinin Saquramo kəndində təqsirləndirilən şəxslər evdə tək olan 1956-cı il təvəllüdlü V.X.-ya hücum edərək ona fiziki zorakılıq tətbiq edib və öldürməklə hədələyərək pul tələb ediblər.

 

V.X.-nın bədənində müxtəlif xəsarətlər qeydə alınıb və müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib”, – deyə DİN-in məlumatında bildirilir.

 

Nazirliyin verdiyi məlumata əsasən, fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci və 3-cü hissələrinin “b” bəndləri ilə aparılır ki, bu da 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.