İran Bəhreyndəki ABŞ aviabazasına PUA-larla hücum edib

Sep 2, 2026 - 11:46
Sep 2, 2026 - 11:47
 0  17
İran Bəhreyndəki ABŞ aviabazasına PUA-larla hücum edib

İran ordusu Bəhreynin "Şeyx İsa" aviabazasındakı radar qurğularına və ABŞ qüvvələrinin yerləşdiyi iddia edilən ərazilərə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini açıqlayıb.

 XEBER.GE xəbər verir ki, İran tərəfi ordunun növbəti ABŞ təhdidlərinə genişmiqyaslı cavab verəcəyini bildirərək bu hücumu "Göy gurultusu” əməliyyatının 29-cu mərhələsinin bir hissəsi olduğunu açıqlayıb.

Qeyd edək ki, “Şeyx İsa” aviabazası Bəhreynin cənubunda, Körfəz sahilində yerləşən strateji hərbi aerodromdur. Bu aviabaza ABŞ Silahlı Qüvvələrinə, xüsusilə Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasına və Hərbi Hava Qüvvələrinə xidmət göstərir.

 mənbə: AZƏRTAC