"Sarpi" gömrüyündə avtomobildə gizlədilmiş 400 min larilik qızıl ələ keçirildi

Sep 2, 2026 - 12:22
 0  5
"Sarpi" gömrüyündə avtomobildə gizlədilmiş 400 min larilik qızıl ələ keçirildi

Maliyyə Nazirliyinin İstintaq Xidməti gömrük sərhədindən xüsusilə külli miqdarda qızıl zərgərlik məmulatlarını qanunsuz keçirmə faktı üzrə bir şəxsi saxlayıb.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, Gürcüstan vətəndaşı 'Sarpi' gömrük-keçid məntəqəsindən idarə etdiyi avtomobilin salonunda xüsusi hazırlanmış gizli yerlərdən istifadə edərək 1 851 qram qızıl zərgərlik məmulatını gizli yolla ölkəyə gətirib. Müsadirə olunmuş cəvahiratın gömrük dəyəri 411 962 lari təşkil edir", — deyə bəyanatda bildirilir.