Marneulidə qətl hadisəsi törədilib
Marneuli şəhərində ağır cinayət hadisəsi baş verib.
Xeber.ge xeber verir ki,
Məlumata əsasən, şəxs boğaz nahiyəsindən aldığı ağır kəsici-deşici yara ilə xəstəxanaya çatdırılsa da, tibbi müdaxilələrə baxmayaraq, orada vəfat edib.
Hadisənin motivi hələlik məlum deyil.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə istintaq başladılıb.
Hazırda cinayəti törədən şəxsin şəxsiyyətinin müəyyən edilməsi və saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri davam etdirilir.