Saqarecoda "heroin" alıb-saxlamaqda ittiham olunan, keçmişdə məhkum olunmuş 2 nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Saqareco Rayon İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə – "heroin" alıb-saxlamaqda ittiham olunan keçmişdə məhkum olunmuş şəxslər, 1982-ci il təvəllüdlü Z.G. və 1977-ci il təvəllüdlü V.G.-ni saxlayıblar.
"Daxili işlər orqanlarının əməkdaşları narkotiklə bağlı ittiham olunan şəxslərin şəxsi və yaşayış evlərində axtarış apararaq, sübut kimi narkotik vasitə 'heroin'i müsadirə ediblər" –
deyə DİN-in bəyanatında qeyd olunur.
Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qurumun məlumatına görə, istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı maddəsinin üçüncü və altıncı hissələri əsasında aparılır.
mənbə: marneulifm