“Salome Zurabişvili də digər radikallar kimi agentdir”

"Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili digər radikal fiqurlar kimi “agentdir” və onların fəaliyyətində fərq yoxdur."
Bu barədə Tbilisinin meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.
“Salome Zurabişvili də elə bir agentdir, necə ki, digər radikallar – Qvaramiya və başqaları. Onlar bir-birindən heç nə ilə fərqlənmirlər. Biri qadındır, digəri kişi – sadəcə ad və soyadla fərqlənirlər. Adi agentura şəbəkəsidirlər, öz ‘sahibləri’ var və nə tapşırırlarsa, onu da edirlər. Heç istisna deyil ki, Salome Zurabişviliyə də göstəriş verilib, əmr olunub ki, o, bu qərarı qəbul etsin və azadlığa çıxarılsın”, – deyə Kaladze vurğulayıb.
Qeyd edək ki, “Makkeyn İnstitutu” açıqlama yayaraq Nika Qvaramiyanın azadlığa buraxılmasında həlledici rol oynadıqlarını bəyan edib.
mənbə: interpress