Səsvermənin nəticələri ilə bağlı MSK-nın elan edəcəyi istənilən qərarı qəbul edəcəyik

Oct 26, 2024 - 11:37
 0  47
Səsvermənin nəticələri ilə bağlı MSK-nın elan edəcəyi istənilən qərarı qəbul edəcəyik

Səsvermənin nəticələri ilə bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) elan edəcəyi istənilən qərarı qəbul edəcəyik.

Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

Onun sözlərinə görə, "Gürcü Arzusu"nun təxminən 60 faiz səs toplayacağına və bu müxalifətin ən ağır məğlubiyyəti olacaq.

Hökumət başçısı qeyd edib ki, müxalifət MSK-nın nəticələrini qəbul etməli və tanımalıdır.

“Mən bir daha müxalifəti MSK-nın açıqlayacağı seçkilərin nəticələri ilə barışmağa və tanımağa, 2021, 2022, 2018 və s.-də etdiklərini təkrarlamamağa çağırıram. Mən bütün partiyaları MSK-nın açıqlayacağı nəticələri tanımağa çağırıram” - İrakli Kobaxidze vurğulayıb.

mənbə: report