Sərnişinin gözü qarşısında faciə: 47 yaşlı taksi sürücüsü anidən vəfat etdi
Senakidə 47 yaşlı taksi sürücüsü sərnişin daşıyarkən qəfil vəfat edib.
XEBER.GE xeber verir ki, "Mtavari Ambebi" nəşrinin yaydığı məlumata görə, sürücü sükan arxasında olarkən anidən özünü pis həriss edib və hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, sürücünün qəfil halı pisləşibvə ehtimal ki, ölümə ürəktutması (infarkt) səbəb olub.
Mərhumun nəşi ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün Ekspertiza Bürosuna aparılıb.