Rustaveli prospektinin bir hissəsində avtomobil hərəkəti bərpa olundu
Rustaveli prospektinin reabilitasiyası çərçivəsində Tamar Çovelidze küçəsindən Mixeil Cavaxişvili küçəsinə qədər olan sahədə avtomobil hərəkəti bərpa edilib. Nəticədə hərəkətin müvafiq sxemi dəyişib.
XEBER.GE xeber verir ki, filarmoniyanın konsert zalı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri "Rustaveli" metro stansiyası istiqamətinə həm Mixeil Cavaxişvili (keçmiş Elbakidze enişi), həm də Zmebi Kakabadze (Kakabadze qardaşları) küçəsi istiqamətində hərəkət edə biləcəklər.
Cavaxişvili küçəsindən avtomobillər hərəkəti həm Kakabadze qardaşları küçəsi istiqamətində, həm də Filarmoniya tərəfə və sola dönməklə Çovelidze küçəsində davam etdirə biləcəklər. Kakabadze qardaşları küçəsindən hərəkət birbaşa Cavaxişvili küçəsinə, eləcə də sola - Filarmoniya istiqamətinə mümkün olacaq.
Bu sahədə hərəkət edən ictimai nəqliyyatın müvafiq marşrutu da dəyişir: N301, 305, 306, 308, 309, 310, 314, 326, 331, 337, 342, 345, 352, 358, 359, 388, 391, 397 nömrəli avtobuslar və N457, 472, 532, 540, 541 nömrəli mikroavtobuslar Melikişvili prospektindən hərəkəti "Rustaveli" metro stansiyası istiqamətində davam etdirəcək və Mixeil Cavaxişvili küçəsindən keçməklə Kür çayının sağ sahilinə çıxacaqlar. Buradan isə Barataşvili küçəsi ilə əlaqə yaradaraq müəyyən edilmiş sxem üzrə hərəkət edəcəklər. Əks istiqamətdə hərəkət edərkən Kostava küçəsi ilə əlaqə yaratmaq üçün eyni qaydada sağ sahil və Mixeil Cavaxişvili küçəsindən istifadə olunacaq.
Mixeil Cavaxişvili küçəsində bələdiyyə nəqliyyatı üçün iki dayanacaq fəaliyyət göstərəcək – N8 nömrəli binanın yaxınlığında və onun qarşısında, həmçinin N14 nömrəli binanın yaxınlığında və onun qarşı tərəfində", – deyə məlumatda bildirilir.
Reabilitasiya olunmuş sahəyə gəldikdə isə, meriyanın məlumatına görə, ərazidə yeraltı kommunikasiyalar yenilənib. Bu mərhələdə işlər səkidə davam etdirilir, layihənin sonuncu mərhələsində isə yola asfaltın üst qatı döşənəcək.
"Göstərilən sahədə reabilitasiyanın birinci mərhələsinin işləri həyata keçirilib, burada yeraltı kommunikasiyalar tamamilə yenilənib. Su təchizatı, kanalizasiya, qaz təchizatı və yağış suları şəbəkələri dəyişdirilib. Həmçinin yeraltı kabel-kanalları qurulub və hava xətlərinin köçürülməsi işləri həyata keçirilir.
Hazırda əsas infrastruktur işləri səkilərdə aparılır. Yeni xarici işıqlandırma şəbəkəsi qurulur, onun başa çatmasından sonra LED işıqlar quraşdırılacaq. Piyada zonasında isə tavalar döşənəcək və bardürlər quraşdırılacaq.
Layihənin son mərhələsində yolun hərəkət hissəsinə asfaltın üst qatı döşənəcək, müvafiq yol nişanlanmaları həyata keçiriləcək, işıqforlar quraşdırılacaq və yaşıllaşdırma işləri yerinə yetiriləcək.
Tədris prosesinin başlaması ilə əlaqədar paytaxtda hərəkət intensivliyi əhəmiyyətli dərəcədə artır, buna görə də yolun vaxtında açılması xüsusilə vacib idi. Müvafiq olaraq, qeyd olunan ərazidə reabilitasiya prosesi sürətlөndirilib, lakin layihə ilə nəzərdə tutulan işlər yenə də aktiv rejimdə davam edəcək", – deyə meriyanın yaydığı məlumatda qeyd olunur.
Rustaveli prospektinin reabilitasiyası iyulun sonunda başlayıb. Kaxa Kaladzenin sözlərinə görə, işlər noyabrın sonunda başa çatacaq.