Rustaveli prospektindəki aksiyada odlu silahla hərəkət edən şəxs saxlanılıb

Rustaveli prospektində keçirilən aksiyada saxlanılan şəxslərdən birinin üzərində odlu silah aşkarlanıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, patrul polisi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının birgə əməliyyatı zamanı 1963-cü il təvəllüdlü M.L. saxlanılıb. O, 2 sentyabrda aksiyada iştirak edənlər arasında odlu silahla hərəkət edib. Şəxsi axtarış zamanı silah maddi sübut kimi götürülüb.
Bundan əlavə, saxlanılan şəxsin evində aparılan axtarış zamanı hüquq-mühafizə orqanları müxtəlif növ odlu silah və döyüş sursatı aşkarlayaraq müsadirə ediblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü bəndləri üzrə istintaq aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
mənbə: interpress