Bu da Çinin bütün planeti məhv edə bilən nüvə başlıqlı raketi - VİDEO
Pekində militarist Yaponiya üzərində Qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə keçirilən hərbi paradda ilk dəfə "DF-5C" qitələrarası ballistik raket nümayiş etdirilib.
Xeber.ge xəbər verir ki,
Çinin CGTN teleşirkətinin parad şərhçisinin sözlərinə görə, "DF-5C" raketi Çinin strateji təhlükəsizliyini və dünya sülhünü qoruyan və təmin edən mühüm vasitədir.
Paraddan əvvəl Çin Prezidenti Si Cinpin bildirib ki, Çin silahlı qüvvələri dünya səviyyəli ordu quruculuğunu sürətləndirməli və milli suverenliyi qətiyyətlə qorumalıdır. Xalq Azadlıq Ordusu (AXO) “Çin millətinin böyük cavanlaşması”na strateji dəstək verməli və dünya sülhü və inkişafına daha böyük töhfələr verməlidir.
Qeyd edək ki, daha əvvəl Tramp Çindəki hərbi paradı ona meydan oxumadığını bildirib.
mənbə: publika.az