Rusiyanı hərbi yolla məğlub etmək ideyası... - Kakabadze

Apr 22, 2025 - 21:33
 0  32
Rusiyanı hərbi yolla məğlub etmək ideyası... - Kakabadze

Rusiyanı hərbi yolla və ya sanksiyalarla məğlub etmək ideyalarının illüziya olduğu ortaya çıxdı.

Bunu Vahid Neytral Gürcüstan Hərəkatının üzvü Nana Kakabadze deyib.

“Praktika Ukraynanın NATO-nun köməyi ilə Rusiyanı məğlub edə biləcəyi illüziyasını tarixə göndərdi. Bu gün Rusiya Qərbin ona qarşı çoxlu sanksiyalar tətbiq etməsinə baxmayaraq, Ukraynadakı münaqişənin həlli üçün ABŞ-la danışıqları qalib mövqedən aparır. Rusiyanın strateji məğlubiyyətini proqnozlaşdıranlar indi onunla danışıqların tərəfdarıdırlar”, - Kakabadze bildirib.

mənbə: axar