Gürcüstanın aviabazarına daha bir aviaşirkət daxil olur
Yunanıstanın SKY express aviaşirkəti Gürcüstanın aviabazarına daxil olub.
Bu barədə Gürcüstan Hava Limanları İttifaqı məlumat yayıb.
Məlumata görə, Yunanıstanın SKY express şirkəti Airbus A321 neo tipli təyyarə ilə həftədə üç dəfə Afinadan Tbilisiyə birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.
“Avropanın daha bir aviaşirkəti Gürcüstanın aviasiya bazarına daxil olub. Yunanıstanın SKY express şirkəti Airbus A321 neo təyyarəsi ilə həftədə üç dəfə Afinadan Tbilisiyə birbaşa müntəzəm uçuşlar həyata keçirir. Yeni aviaşirkətin ölkəyə girişi ilə əlaqədar olaraq Tbilisi Beynəlxalq Hava Limanının uçuş zalında qəbul təşkil olunub və qəbulda Gürcüstan Hava Limanları İttifaqının baş direktoru İrakli Karkaşadze, TAV Georgia-nın baş meneceri Tea Zakaradze, SKY ekspress aviaşirkətinin sahibi İuanis Qrilos, Mülki Aviasiya Agentliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər"- məlumatda qeyd olunur.
Gürcüstan Hava Limanları İttifaqının baş direktoru İrakli Karkaşadzenin sözlərinə görə, SKY express iki ölkə arasında hava nəqliyyatını asanlaşdıracaq və sərnişin axınını artıracaq.
“Avropanın daha bir aviaşirkəti Gürcüstanın aviasiya bazarına qoşulub. SKY express həftədə 3 dəfə Afina-Tbilisi-Afina istiqamətində uçacaq. Aviaşirkətlə danışıqlar birgə aparılıb və vacibdir ki, biz birgə səylərlə Gürcüstanın aviasiya bazarına yeni aviaşirkət gətirə bildik. Bu, iki ölkə arasında hava nəqliyyatını əhəmiyyətli dərəcədə asanlaşdıracaq və sərnişin axını ilə bağlı proqnozlarımızı daha da artıracaq. Aviaşirkətə uğurlar, çoxlu sərnişinlər və təhlükəsiz uçuşlar arzulayıram”, - deyə İrakli Karkaşadze bildirib.
Hava Limanları İttifaqının məlumatına görə, SKY express Gürcüstan və Yunanıstan arasında birbaşa müntəzəm uçuşlar həyata keçirən Aegean Airlines və Wizz Air-dən sonra üçüncü aviaşirkətdir. 2024-cü ilin yanvar-oktyabr aylarında ümumilikdə 186 782 sərnişin Tbilisi və Kutaisi beynəlxalq hava limanlarından Yunanıstan istiqamətində və əks istiqamətdə istifadə edib.
mənbə: interpress