Rusiyalı vətəndaş külli miqdarda narkotik saxladığı üçün saxlanılıb

Nov 9, 2025 - 13:48
Nov 9, 2025 - 13:52
 0  13
Rusiyalı vətəndaş külli miqdarda narkotik saxladığı üçün saxlanılıb

Gürcüstanda Rusiyanın vətəndaşı xüsusilə böyük həcmdə narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım etmə ittihamı ilə saxlanılıb.

Xeber.ge xeber  verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

İlkin istintaq məlumatına görə, şəxsin üzərində və yaşadığı evdə aparılan axtarış zamanı satış üçün qablaşdırılmış külli miqdarda narkotik vasitə – 1 347 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Həmçinin narkotik vasitənin qablaşdırılması üçün istifadə olunan materiallar, yapışqan lentlər və elektron tərəzi də müsadirə edilib.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsi və 260^4 maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə araşdırılır. Qanunvericilik bu əməllərə görə 12-dən 17 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.