Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

Dec 9, 2025 - 11:09
Dec 9, 2025 - 11:52
 0  10
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

Gürcüstanda aksiyaların keçirilməsi ilə bağlı qaydalar yenidən sərtləşdirilir.

Bununla bağlı ölkənin “Toplantılar və nümayişlər haqqında” Qanununa və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərin edilməsi nəzərdə tutulub.

Layihəyə əsasən, təşkilatçıların aksiyalarla bağlı dövlət orqanını əvvəlcədən xəbərdarlıq etmək öhdəliyi müəyyən ediləcək.

Sənəddə bildirilib ki, toplantı və yaxud nümayiş ictimai təhlükəsizliyə və asayişə, müəssisə və təşkilatların normal fəaliyyətinə, nəqliyyat vasitələri və insanların hərəkətinə təhlükə yaradırsa, dövlət orqanı iştirakçıları alternativ məkan, aksiyanın keçirilmə vaxtı və yaxud üsulu barədə təlimatlandırmaq səlahiyyətinə malik olacaq. Bu təlimatın yerinə yetirilməməsi məsuliyyətə səbəb olacaq.

Gürcüstan parlamentində düzəlişlərin sürətləndirilmiş qaydada qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda toplantı və nümayişlərlə bağlı qaydaların pozulmasına görə hüquqi məsuliyyət daha da sərtləşdirilib.

mənbə: apa