Daxili İşlər Nazirliyinin Baş Müfəttişat Departamentinə yeni rəhbər təyin olundu

DİN-nin Baş Müfəttişat Departamentinin direktoru vəzifəsinə Davit Arçvadze təyin edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Davit Arçvadze hüquqşünas ixtisasına malikdir. O, 2004-cü ildə Tbilisi Dövlət Universitetini bitirib və hüquqşünas kvalifikasiyası alıb. Arçvadzenin Daxili İşlər Nazirliyinin müxtəlif struktur bölmələrində uzunillik iş təcrübəsi var.
mənbə: interpress