Aİ noyabrın 1-dən bütün bağlamalara 2 avro rüsum tətbiq edəcək

Oct 30, 2026 - 21:37
 0  8
Aİ noyabrın 1-dən bütün bağlamalara 2 avro rüsum tətbiq edəcək

Avropa İttifaqı noyabrın 1-dən etibarən bazarına daxil olan bütün bağlamalara 2 avroluq gömrük xidməti rüsumu tətbiq edəcək.

XEBER.GE xeber  verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bundan əvvəl, iyul ayında dəyəri 150 avrodan az olan kiçik bağlamalara 3 avroluq gömrük rüsumu tətbiq edilib. Bu, müvəqqəti tədbirdir və yeni gömrük nəzarəti informasiya sistemi işə düşənədək, 2028-ci ilə qədər qüvvədə olacaq.

“Euronews”un məlumatına görə, yeni tədbirlərin qəbuluna Çin onlayn platformalarından, o cümlədən Temu, Shein və AliExpress-dən ucuz məhsulların idxalının kəskin artması səbəb olub.

Yeni 2 avroluq rüsum bağlamaların dəyərindən asılı olmayaraq hamısına şamil ediləcək. Bu vəsait gömrük nəzarəti ilə bağlı xərclərin ödənilməsinə yönəldiləcək və artıq qüvvədə olan 3 avroluq rüsuma əlavə olunacaq.

Rüsumu onlayn platformalar, satıcılar və ya daşıyıcı şirkətlər ödəyəcək. Vəsait Avropa İttifaqının 27 üzv ölkəsi tərəfindən toplanacaq. Gəlirin 75 faizi Aİ büdcəsinə köçürüləcək, qalan 25 faizi isə üzv ölkələrdə qalacaq.