Qutaisi avtobanında ağır yol qəzası: 1 ölü, 2 yaralı
Qutaisi avtobanında qəza ölümlə nəticələnib — "Info Rustavi"nin məlumatına görə, mikroavtobusla avtomobil daşıyan təxliyə maşını toqquşub.
XEBER.GE xəbər verir ki, hadisə zamanı 1 nəfər hadisə yerindəcə həlak olub, 2 nəfər isə yaralanıb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır.