Svanetidə İtkin düşən 20 yaşlı turist qadının cəsədi buzlaq yaxınlığında tapıldı
Svanetidə itkin düşən 20 yaşlı qadın turistinin cəsədi xilasedicilər tərəfindən Çalaadi buzlağı yaxınlığında tapılıb. Məlumatı "Tabula"ya Fövqəladə Halların İdarə olunması Xidməti təsdiqləyib.
XEBER.GE xeber verir ki, qadının itkin düşməsi barədə məlumat bugün, sentyabrın 1-də yayılmışdı. Cəsəd tapılana qədər xilasedicilər ətraf ərazidə onun avtomobilini aşkarlamışdılar.