Qoridə supermarketin dayanacağında maşından 18 920 dollar oğurlayan şəxs saxlanılıb

Sep 9, 2025 - 13:56
 0  19
Şida Kartli Polis Departamentinin Qori rayon şöbəsinin əməkdaşları böyük məbləğdə oğurluq ittihamı ilə bir nəfəri – 1975-ci il təvəllüdlü İ.B.-ni saxlayıblar.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Qoridə supermarketlərin birinin dayanacağında park edilmiş avtomobilə qanunsuz daxil olaraq, orada olan 18 920 ABŞ dollarını oğurlayıb və hadisə yerindən qaçıb.

"Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində İ.B. saxlanılıb, oğurlanmış pul isə maddi sübut kimi tam şəkildə götürülüb", – deyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: marneulifm