"Gürcüstan Moldova hakimiyyətini təbrik etməyəcək"

Sep 30, 2025 - 10:45
 0  27
"Gürcüstan Moldova hakimiyyətini təbrik etməyəcək"

Gürcüstan MDB-nin üzvü olduğu müddətdə indiki Moldova hakimiyyətini parlament seçkisində qazandıqları qələbə münasibətilə təbrik etməyəcək.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Nə qədər ki, Moldova MDB-nin üzvü olaraq qalır, onları təbrik etmək bizim üçün çətin olacaq. Biz Moldova MDB-dən çıxana qədər gözləyəcəyik və sonra təbrik məsələsinə yenidən baxacağıq", - deyə Kobaxidze Moldova Prezidenti Maya Sandunun Fəaliyyət və Həmrəylik Partiyasının parlament seçkisində qələbə qazanmasını şərh edib.

mənbə: oxu