Tbilisi Şəhər Məhkəməsində evakuasiya elan olunub

Bu gün onlarla iclasın keçirilməsi nəzərdə tutulan Tbilisi Şəhər Məhkəməsində evakuasiya elan edilib. Zalda olan kənar şəxslər binanı tərk ediblər, təqsirləndirilən şəxslər isə iclas zallarından çıxarılıblar.
“Deyirlər ki, binada bomba var. Vətəndaşları məhkəmənin həyətindən də çıxarırlar”, – deyə “Formula”nın jurnalisti Qiorqi Kviĵinadze “Facebook”da yazıb.
Dövlət Təhlükəsizliyi Xidməti “Azadlıq Radiosuna” təsdiqləyib ki, Tbilisi Şəhər Məhkəməsində guya partlayıcı qurğunun olması barədə məlumat daxil olub.
“Dövlət Təhlükəsizliyi Xidməti protokola uyğun olaraq hərəkət edir”, – deyə qurumda bildiriblər.
Bu, dövlət idarələrində guya bomba barədə məlumat səbəbilə evakuasiyanın elan olunmasının ilk halı deyil. Oxşar hallarda verilən məlumatların heç birində partlayıcı qurğu aşkar edilməyib.
mənbə: marneulifm