Azyaşlı qızını zorlayan ataya 16 il həbs cəzası verildi

Telavi Rayon Məhkəməsi, Gürcüstan Prokurorluğu tərəfindən təqdim edilən sübutları tam şəkildə qəbul edərək, öz azyaşlı qızını zorlamada ittiham olunan şəxsi günahkar hesab edib.
Bu barədə məlumatı Prokurorluğun mətbuat xidməti yayıb.
Prokurorluğun yaydığı məlumata görə, məhkəmə istintaqı zamanı əldə edilən sübutlar atanın qızına qarşı sistematik seksual zorakılıq törətdiyini sübut edib. Atanın zor tətbiq edərək və zərərçəkmişin fiziki gücsüzlüyündən istifadə edərək uzun müddət qızına təcavüz etdiyi təsdiqlənib.
Hadisə ilə bağlı təqsirləndirilən şəxs 2025-ci il mayın 18-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 11 prim (ailədaxili zorakılıq), 137-ci maddənin 3-cü hissəsinin “e” bəndi (azyaşlıya qarşı zorakılıq) və 4-cü hissənin “g” bəndi (ailə üzvünə qarşı azyaşlıya qarşı təkrar zorakılıq) ilə ittiham irəli sürülüb.
Telavi Rayon Məhkəməsi təqsirləndirilən şəxsi tam şəkildə günahkar hesab edərək, ona 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
mənbə: interpress