Qoridə supermarketin dayanacağında maşından 18 920 dollar oğurlayan şəxs saxlanılıb
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Qoridə supermarketlərin birinin dayanacağında park edilmiş avtomobilə qanunsuz daxil olaraq, orada olan 18 920 ABŞ dollarını oğurlayıb və hadisə yerindən qaçıb.
"Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində İ.B. saxlanılıb, oğurlanmış pul isə maddi sübut kimi tam şəkildə götürülüb", – deyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
mənbə: marneulifm