Qiorqitsmində torpaq sürüşməsi baş verib – avtomobil yolu müvəqqəti bağlanıb
Gürcüstanın Avtomobil Yolları Departamentinin məlumatına görə, Jinvali-Barisaxo-Şatili dövlət əhəmiyyətli avtomobil yolunun 96-cı kilometrində, Qiorqitsminda kəndi yaxınlığında torpaq sürüşməsi baş verib. Nəticədə, bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Departament bildirir ki, hadisə yerində müvafiq texnika cəlb olunub və suyun səviyyəsi azaldıqdan dərhal sonra yolun təmizlənməsi işlərinə başlanacaq.
"Yolların bərpası ilə bağlı əlavə məlumat yayıldıqca dinləyicilərimizi xəbərdar edəcəyik", – məlumatda deyilir.
mənbə: marneulifm