Qanunsuz silah və sursat müsadirə edilib – bir şəxs saxlanılıb
İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş K.O.-nu saxlayıblar.
Xeber.ge xeber verir ki,
Qurumun məlumatına görə, patrul-inspektorlar Tbilisidə saxlanılan şəxsin idarə etdiyi avtomobildən, eləcə də onun yaşayış mənzilində aparılan axtarış zamanı maddi sübut kimi odlu silahlar, döyüş patronları və daraqlar götürüblər.
Fakt üzrə Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3 və 4-cü hissələri ilə istintaq aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.