Türkiyə vətəndaşı Gürcüstana 21 bağlama kokain keçirmək istəyərkən tutulub
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə Türkiyə Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü U.O.-nu saxlayıblar.
Xeber.ge xeber verir ki,
Qurumun məlumatına görə, hüquq-mühafizə orqanları “Sarpi” sərhəd-keçid məntəqəsinin ərazisində aparılan şəxsi axtarış zamanı xüsusi olaraq böyük miqdarda – 21 bağlama halında qablaşdırılmış “kokain” narkotik vasitəsini maddi sübut kimi aşkarlayıb və götürüblər.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.