Qarşıdakı günlərdə ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb

Meteoroloq Koba Partenadze sentyabrın 2-dən temperaturun aşağı düşəcəyini bildirib.
Qarşıdakı günlərdə hava nisbətən sərin keçəcək.
“Sentyabrın 2-də ölkə ərazisində havanın buludlu olacağı, axşama doğru qısamüddətli yağış yağacağı, temperaturun bir qədər aşağı düşəcəyi gözlənilir.
Sentyabrın 3-də həm qərb, həm də şərq rayonlarında arabir qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, hər yerdə nisbətən soyuq olacağı gözlənilir.
O, sentyabrın 4-dən Gürcüstanda havanın açılacağını bildirib.
Payızın gəlişi münasibətilə təbrik edirəm, bu fəsil dəyişikliklərin gözəl ola biləcəyinə sübutdur...”, - meteoroloq Koba Partenadze yazıb.
mənbə: interpress