Qaribaşviliyə 1 milyon lari məbləğində girov təyin edilib

Oct 24, 2025 - 15:34
 0  18
Qaribaşviliyə 1 milyon lari məbləğində girov təyin edilib

Gürcü Arzusu hökumətinin sabiq baş naziri İrakli Qaribaşviliyə, xüsusilə böyük məbləğdə gəlirlərin leqallaşdırılması işi üzrə, qarşısının alınması tədbiri kimi 1 milyon lari məbləğində girov təyin edilib. Qərarı hakim Eka Barbaqadze qəbul edib.

Xeber.ge xəbər verir ki, girovla yanaşı, yekun qərara qədər Qaribaşvilidən pasport alınıb və ölkədən çıxışına qadağa qoyulub.

Prokuror Natia Tatişvilinin sözlərinə görə, “yeni cinayət törətmək, sübutları məhv etmək və şahidlərə təsir göstərmək təhlükəsi” mövcuddur.

Buna görə də o, Qaribaşvili üçün 1 milyon lari girov və pasportun alınması tədbirini tələb edib.

Müdafiə tərəfi ittiham tərəfinin vəsatətini dəstəkləyib. İrakli Qaribaşvili də məhkəmədə bu tədbirlə razı olduğunu bildirib.

“Razıyam, təbii ki, deyəcək bir sözüm yoxdur,” – deyə Qaribaşvili məhkəmə prosesində bildirib.

İlkin məhkəmə iclası 16 dekabr, saat 14:00-da keçiriləcək. Qaribaşviliyə girovu ödəmək üçün 30 günlük müddət verilib.