Azyaşlılar bu qayda pozuntusuna yol verərsə, valideynlər cərimələnəcək
Azyaşlının hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmaması valideynin cərimələnməsi ilə nəticələnəcək.
Bu halda yetkinlik yaşına çatmayanın valideyni və ya qanuni nümayəndəsi 100-300 lari məbləğində cərimə olunacaq.
“Gürcü arzusu” “İnzibati Xətalar Məcəlləsi”nin yetkinlik yaşına çatmayanı böyütmək və öyrətmək vəzifələrinin valideyn və ya digər qanuni nümayəndəsi tərəfindən yerinə yetirilməməsi ilə bağlı maddəsinə dəyişiklik edib.
Parlament qanunvericiliyə dəyişiklikləri iki oxunuşda qəbul edib. Dekabrın 13-də keçiriləcək iclasda üçüncü oxunuşda təsdiqlənəcək.
mənbə: interpress