Qardabanidə faciə: ata və iki azyaşlı uşağının meyiti tapıldı

Qardabanidə yerləşən göldə üç nəfərin – ata və onun azyaşlı uşaqlarının meyiti aşkarlanıb.
Məlumata görə, onlar Telavi bələdiyyəsinin Kvemo Xodaşeni kəndinin sakinləri olublar.
Yerli sakinlərin bildirdiyinə görə, ata və uşaqları iki gün ərzində itkin düşmüşdülər və hüquq-mühafizə orqanları onların axtarışını aparırdı. Onların meyitləri dünən Qardabani ərazisində tapılıb.
İlkin ehtimallara əsasən, ata uşaqları ilə birlikdə balıq tutmağa getmiş ola bilər.
Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi – intihara çatdırma – üzrə istintaq başladıb.
mənbə: Interpress