Suvarma kanalına düşən kişi həyatını itirdi

Laqodexidə baş vermiş bədbəxt hadisə nəticəsində orta yaşlı kişi həlak olub.
Məlumata görə, ehtimal olunur ki, sərxoş vəziyyətdə olan kişi ayağı sürüşərək suvarma kanalına düşüb.
Hadisə yerinə polis və xilasedici xidmət əməkdaşları cəlb olunub, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
mənbə: Interpress